saw 2113     
SON DƏQİQƏ: Azərbaycanda Generala cinayət işi açılıb - O, heç nə xatırlamır...

SON DƏQİQƏ: Azərbaycanda Generala cinayət işi açılıb - O, heç nə xatırlamır...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev “MTN işi” üzrə istintaqda dindirilib.

myBaku.az-ın ittiham aktından əldə etdiyi məlumata görə, M.Şıxəliyev keçmiş işçisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirilsə də, özü barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.

Mövlam Şıxəliyev ifadəsində bildirib ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb: “2007-2007-ci illərdə həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləmişəm. Tabeçiliyimdə rəis müavini Təhsin Ağayev, İbtidai İstintaq İdarəsinin rəisi Yasim Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə baş müstəntiqlər və müstəntiqlər var idi”.

Zərərçəkənlərdən biri Nizami Kazımov qeyd edib ki, V.Ələkbərov ondan 3 milyon manat tələb etdikdə imtina edib, bundan sonra Mövlam Şıxəliyev onu qəbul edib: “O mənə dedi ki, əgər Vüsalın tələb etdiyi pulu verməsəm, məni 8 ildən 12 ilədək həbsə atacaq. Mən pulumun olmadığını dedim, Vüsal məbləği 2 milyona saldı, yenə imtina etdim. Bir neçə gündən sonra Mövlam Şıxəliyev təkrar məni qəbul edərək 2 milyonu verməyimi tələb etdi. Dedi ki, əgər verməsəm, başıma torba salıb aşağıdakı “maskalılar”ın yanına göndərəcəklər”.

M.Şıxəliyev bu epizod üzrə bildirib ki, Nizami Kazımov İstintaq Baş idarəsində “Texnika Bank” ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs olub: “Onunla heç bir münasibətim, əlaqəm, düşmənçiliyim və ya ədavətim olmayıb. Onu və qardaşı Arzu Kazımovu qəbul etdiyimi xatırlamıram”.

M.Şıxəliyev V.Ələkbərovla birgə MTN-ə gətirib hədə-qorxu gələrək külli miqdarda pul tələb etmələri və almaları barədə bütün ittihamları rədd edib: “Hüseyn Səfərov da bu işlər bağlı dindirilməsi üçün dəvət olunub. Lakin onunla Vüsal Ələkbərov arasında olan söhbətdən xəbərim yoxdur.

Namil Rzayevi 1993-cü ildə Qaradağ rayon polis idarəsinin rəis müavini Eldar Rzayevin yanına gedib gələrkən onun qohumu kimi tanımışam. Həm də 1997-ci ildən yaşadığım evin həyətində Namilin ofisi olub. Onunla hərdənbir həyətdə görüşmüşük, adi tanışlıq münasibətimiz olub. Aramızda düşmənçilik və ya ədavət olmayıb. Namil Rzayev mənə hər hansı məbləğdə pul verməyib. Yalnız bankda batan pulunun qaytarılmasına köməklik göstərməyi xahiş etmişdi. Mən də Namilə bunu məhkəmə qaydasında həll edə biləcəyini izah etdim. Ondan pul almaqla bağlı heç bir danışığımız olmayıb.

Vüsal Ələkbərovun Bahəddin Soltanovdan 500 min manat tələb etməsindən xəbərim olmayıb.

“Texnika Bank” ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovu tanımıram. Təhsin Ağayev və Vüsal Ələkbərovun hədə-qorxu gələrək ondan 600 min manat almaqlarından məlumatım yoxdur.

Akif Qurbanovu qəbul etməyimi, onun ölkədən çıxışına 1 il ərzində qadağa qoyulması barədə göstəriş verməyimi xatırlamıram. Onunla Vüsal Ələkbərov arasında nə söhbət oduğunu bilmirəm”.

Qeyd edək ki, M.Şıxəliyev hazırda ev dustaqlığındadır. qafqazinfo


     

POPULYAR OXUNANLAR
EFİRDƏ ƏKİZLƏRƏ ELÇİ DÜŞƏN ANANIN YALANI - AÇILDI ŞOU-BİZ
EFİRDƏ ƏKİZLƏRƏ ELÇİ DÜŞƏN ANANIN YALANI - AÇILDI
Müğənni Sevil və Sevinc bacılarına “5/5” verilişində Həzrət adlı oğlan elçi düşüb.
Bakıda banka basqın edildi ÖLKƏ
Bakıda banka basqın edildi
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
BÖYÜK İTKİ! XALQ ARTİSTİ VƏFAT ETDİ - FACİƏ ÖLKƏ
BÖYÜK İTKİ! XALQ ARTİSTİ VƏFAT ETDİ - FACİƏ
Xalq artisti, Dövlət mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova vəfat edib.
SON DƏQİQƏ! `LOTU QULİ` HƏBS EDİLDİ DÜNYA
SON DƏQİQƏ! `LOTU QULİ` HƏBS EDİLDİ
Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun Kaşıbeyaz restoranında əməliyyat keçirib.
SON DƏQİQƏ! BAKIDA TİCARƏT MƏRKƏZİ UÇDU - VİDEO ÖLKƏ
SON DƏQİQƏ! BAKIDA TİCARƏT MƏRKƏZİ UÇDU - VİDEO
Bakıda tikilməkdə olan ticarət mərkəzinin binası uçub.
NAZDAN 20 YANVAR GÜNÜ KEF MƏCLİSİNDƏ ŞOU - FOTO ŞOU-BİZ
NAZDAN 20 YANVAR GÜNÜ KEF MƏCLİSİNDƏ ŞOU - FOTO
Naz Mila daha bir qalmaqallı addım atıb.
`WhatsApp` söhbətlərimiz bu programla izlənir - DİQQƏT! DÜNYA
`WhatsApp` söhbətlərimiz bu programla izlənir - DİQQƏT!
`Skygofree` adını alan zərərli implant ən azından 2014-cü ildən aktivdir
ƏSAS XƏBƏR! BƏLƏDİYYƏLƏRƏ YENİ SƏLAHİYYƏT VERİLDİ - SƏRƏNCAM ÖLKƏ
ƏSAS XƏBƏR! BƏLƏDİYYƏLƏRƏ YENİ SƏLAHİYYƏT VERİLDİ - SƏRƏNCAM
Prezident İlham Əliyev sərəncam imzalayıb.
BAKIDA RƏZALƏT! DAYI 13 YAŞLI BACISI QIZINI - ZORLADI ÖLKƏ
BAKIDA RƏZALƏT! DAYI 13 YAŞLI BACISI QIZINI - ZORLADI
Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.
BRİLLİANTIN OĞLU 260 SÜRƏTLƏ GETDİ - `GƏLİB YOX EDƏRƏM...` - VİDEO ŞOU-BİZ
BRİLLİANTIN OĞLU 260 SÜRƏTLƏ GETDİ - `GƏLİB YOX EDƏRƏM...` - VİDEO
Cahad Hacıyevin İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub.
DOSTƏLİYEVA MARAL TAHİRQIZINI TƏHQİR ETDİ - EFİRDƏ OLAY - VİDEO ŞOU-BİZ
DOSTƏLİYEVA MARAL TAHİRQIZINI TƏHQİR ETDİ - EFİRDƏ OLAY - VİDEO
Müğənni Zeynəb Dostaliyeva Maral Tahirqızını biabır edib.
Tanınmış aparıcı yanan binanın içində olub - SON MƏLUMAT ŞOU-BİZ
Tanınmış aparıcı yanan binanın içində olub - SON MƏLUMAT
Səbail rayonunda yerləşən binada baş verən yanğın zamanı tanınmış aparıcı Nurlana Cəfərova da içəridə olub.
İÇƏRİ ŞƏHƏRDƏ BİNA YANIR - SON MƏLUMAT - FOTOLAR ÖLKƏ
İÇƏRİ ŞƏHƏRDƏ BİNA YANIR - SON MƏLUMAT - FOTOLAR
İçərişəhərdə 4 mərtəbəli yaşayış binası yanır.
SON DƏQİQƏ! AZTV-DƏ DİREKTOR İŞDƏN ÇIXARILIB - AzTV-də nə baş verib? ÖLKƏ
SON DƏQİQƏ! AZTV-DƏ DİREKTOR İŞDƏN ÇIXARILIB - AzTV-də nə baş verib?
AzTV-nin informasiya proqramları studiyasının direktoru şirkətdəki fəaliyyətinə son verib.
BİABIRÇILIQ! Azərbaycanda ana qızının sevgilisi ilə mesajlaşdı - `Aşkım...` - VİDEO ÖLKƏ
BİABIRÇILIQ! Azərbaycanda ana qızının sevgilisi ilə mesajlaşdı - `Aşkım...` - VİDEO
Aygün ötən gün Xəzər TV- də yayımlanan "Səni axtarıram" verilişinda maraqlı açıqlamalar verib.
TANINMIŞ APARICI BU GÖRÜNTÜLƏRƏ GÖRƏ CƏZALANACAQ - VİDEO ŞOU-BİZ
TANINMIŞ APARICI BU GÖRÜNTÜLƏRƏ GÖRƏ CƏZALANACAQ - VİDEO
Lalə Əlimuxtarovanın avtomobili idarə edərkən qızını təhlükəyə atmasına dair video yayılıb.
DİQQƏT! SABAHA OLAN HAVA - PROQNOZU ÖLKƏ
DİQQƏT! SABAHA OLAN HAVA - PROQNOZU
Bəzi yerlərdə zəif duman olacaq.
Rembo Məhəmmədin səs yazısı - `QULİ`Nİ HƏDƏLƏDİ - `Başa düşdün, mən nəyi deyirəm?` - AUDİO DÜNYA
Rembo Məhəmmədin səs yazısı - `QULİ`Nİ HƏDƏLƏDİ - `Başa düşdün, mən nəyi deyirəm?` - AUDİO
Lotu Quli ilə çeçen avtoritet Aziz Batukayev arasında gərginlik davam edir.